Şimali Koreya lideri “döyüşə hazır olun” dedi

21.08.2015 13:08     Dünyadan reaksiya     2704

Cənubi Koreyanın 11 il fasilədən sonra ilk dəfə Şimali Koreya ilə olan sərhədə səsucaldan sistemi qurması, radio yayımlarına başlaması bölgədə gərginliyi xeyli artırıb. Nəticədə Şimali Koreya Cənuba doğru raket atıb.

Reaksiya.az xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In daha sonra isə sərhədçilərinə “Döyüşə hazır olun!” əmri verib.

Şimali Koreyanın rəsmi xəbər agentliyi KCNA-ya görə prezident sərhədçilərin yarı döyüş vəziyyətinə gətirilməsi və ordunun sürpriz əməliyyatlar aparmaq ehtimalı qarşısında hazır olduğunu söyləyib.

Cənubi Koreyanın Baş Qərargah rəisi isə Şimali Koreya ordusuna birbaşa mesaj göndərib: "Düşüncənizə görə hərəkət etməyin, çünki təxribatlara güclü şəkildə cavab veriləcək”.

Bu iki ölkə arasında gedən Koreya müharibəsi 1953-cü ildə atəşkəslə sona çatıb, ancaq bu atəşkəs rejimi haqda hər hansı bir sülh razılaşması imzalanmayıb.

Bu səbəbdən Şimali Koreya ilə Cənubi Koreya 65 ildir ki, faktiki olaraq müharibə vəziyyətindədir.

Qeyd edək ki, Şimali Koreya 2013-cü ildə cənublu qardaşına müharibə elan etmişdi.

Şərhlər

Çox oxunanlar