"Son 1 həftədə Rusiyanın 10-dan çox silah-sursat anbarı məhv edilib"
10.08.2022 13:08 Dünyadan reaksiya 698
“Son 1 həftədə Rusiyanın 10-dan çox silah-sursat anbarı və komanda məntəqəsi məhv edilib”.
Bunu Ukrayna Silahlı Qüvvələrinin general-mayoru Dmitri Marçenko “RBK-Ukraina”ya müsahibəsində deyib.
“Rusiya qoşunları güclənmək üçün Xerson və Zaporojye vilayətlərində qüvvələri cəmləşdirir. Onlar Ukraynanın əks-hücumlarına hazırlaşırlar. Lakin ərazilərdəki tabor taktiki qruplarının yerləşdirilməsi onlara kömək etməyəcək. Bizim durumumuz pis deyil”, - o bildirib.
Onun sözlərinə görə, hazırda müvəqqəti işğal olunmuş Xerson və Zaporojye vilayətlərinin ərazilərində 25-ə yaxın tabor taktiki qrupu var: “Biz qorxmuruq. Onlarla qarşılaşmağa hazırıq".
Xatırladaq ki, daha əvvəl Rusiya ordusunun silah və texnikanı Xerson vilayətinin şimal-şərq rayonlarına yerləşdirdiyi barədə məlumat verilmişdi.
Şərhlər