Avropa iqtisadiyyatında böyük xaos yaşanır - Peskov
06.09.2022 12:45 Dünyadan reaksiya 484
Hazırda Avropa ölkələrinin iqtisadiyyatında böyük xaos var.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Biz üst-üstə düşən iki böhranla qarşılaşdıq. COVİD-19 və Qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyaların doğurduğu böhran. Əslində hər iki böhran rezonans doğurdu və indi biz Avropa ölkələrinin iqtisadiyyatında və dünya iqtisadi əlaqələrində böyük xaos görürük”, - o bildirib.(axar)
Şərhlər