İran XİN Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə münasibət bildirib
13.09.2022 12:20 Dünyadan reaksiya 447
İran Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə münasibət bildirib.
Nazirliyin rəsmi nümayəndəsi Naser Kənani deyib ki, rəsmi Tehran iki ölkə sərhədindəki gərginlikdən narahatdır.
“Tərəflər təmkinli olmaldır. Gərginlik sülh və beynəlxalq hüquq əsasənda həllini tapmalıdır”, – o söyləyib.
N.Kənaninin sözlərinə görə, sərhəddəki hansısa dəyişiklik İran üçün qəbuledilməzdir: “Biz hadisələri yaxından izləyirik. Hər 2 ölkənin ərazi bütövlüyünə hörmət edilməsi vacibdir. Rəsmi Tehran 2 ölkə arasında mübahisələrin həlli üçün hər cür yardım göstərməyə hazırdır”.
Şərhlər