Luqansknın rəhbəri: "Rusiya ordusu Kremennaya şəhərini tərk edib"
13.09.2022 13:11 Dünyadan reaksiya 545
Rusiya ordusu Luqansk vilayətinin Kremennaya şəhərini tərk edib.
Musavat.com UNIAN-a istinadən xəbər verir ki, bu barədə Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.
“Lakin Ukrayna Silahlı Qüvvələri hələ şəhərə daxil olmayıblar. Liman şəhəri ətrafında isə döyüşlər davam edir”, - o bildirib.
S.Qayday deyib ki, Luqansk vilayətinin işğaldan azad edilməsi Kremennaya və Svatovo şəhərlərindən başlayacaq: "Əsas zərbə həmin ərazilərdə olacaq".
Şərhlər