BMT TŞ bu gün Ermənistan-Azərbaycan məsələsinə baxacaq - Bizi kimlər dəstəkləyə bilər? - SİYAHI

14.09.2022 12:51     Dünyadan reaksiya     527

BMT Təhlükəsizlik Şurası (TŞ) Ermənistan-Azərbaycan sərhədində yaranmış gərginliklə bağlı məsələni bu gün müzakirəyə çıxaracaq.
 

Məsələ Ermənistan Respublikasının xahişi, Fransanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, hazırda BMT-nin Təhlükəsizlik Şurası 15 üzvdən ibarətdir. Onlardan 5-ı daimi, 10-u qeyri-daimi üzvdür.

Daimi üzvlər bunlardı: Çin, Rusiya, Böyük Britaniya, ABŞ və Fransa.

Qeyri-daimi üzvlər:  Hindistan, İrlandiya, Meksika, Norveç, Qabon, Qana, Keniya, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və  Albaniya.

Qeyd edək ki, Şuranın hər bir üzvü 1 səsə malikdir. Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılan məsələlərə dair qərarlar qurumun 9 üzvü səs verdikdə qəbul olunmuş sayılır.

Xatırladaq ki, 2020-ci il oktyabrın 19-da BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasından sonra ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Rusiya, ABŞ və Fransa tərəfindən TŞ Prezidentinin bəyanatının layihəsi hazırlanmış və razılaşdırılması üçün üzv ölkələr arasında yayılmışdı.

Bəyanat layihəsində TŞ-nin 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrə istinad yer almamışdı.

TŞ-də təmsil olunan Qoşulmama Hərəkatına (QH) üzv olan 7 ölkə - İndoneziya, Nigery, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent və Qrenadin - layihəyə TŞ qətnamələrinə istinadın daxil edilməsini təklif etmişdi. Lakin həmsədr ölkələr bunun qəbuledilməz olduğunu bildirmişdilər.

Həmsədr ölkələr tərəfindən bəyanatın iki dəfə sükut proseduru vasitəsilə qəbuluna cəhd göstərilməsinə baxmayaraq, QH ölkələri prinsipial mövqe nümayiş etdirərək TŞ qətnamələrinə istinadın yer almasında təkid etmişdilər.

Bundan sonra həmsədr ölkələr rüsvayçılıqla bəyanat layihəsini geri çəkmişdilər.(modern)

Reaksiya.az

Şərhlər