İran Parlamenti Azərbaycanla Ermənistan sərhədini müzakirə edəcək

19.09.2022 12:33     Dünyadan reaksiya     473

İran Parlamenti Azərbaycanla Ermənistan sərhədində baş verən son gərginliyi müzakirə edəcək.

"Unikal" xəbər verir ki, bu barədə İslam Respublikası parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəhbəri Vahid Cəlalzadə deyib. 

O, qeyd edib ki, qarşıda çox mühüm müzakirələr var.

Onun sözlərinə görə, İran tərəfi iki qonşu ölkənin sərhədində baş verən son hadisələrdən ciddi narahatdır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar