Putin aksiyalardan sonra İrəvana müraciət ünvanladı

19.09.2022 12:51     Dünyadan reaksiya     215

"Rusiya Federasiyası ilə Ermənistan arasında dostluq, əməkdaşlıq davam edir".

Bunu Rusiya Prezidenti Vladimir Putin İrəvanda keçirilən IX Rusiya-Ermənistan Regionlararası Forumunun iştirakçılarına ünvanladığı müraciətdə bildirib.

“Ötən müddət ərzində Rusiya və Ermənistan müxtəlif sahələrdə konstruktiv əməkdaşlıqda geniş təcrübə toplayıb, ikitərəfli əlaqələrin yüksək müttəfiqlik səviyyəsinə çatdırılması vacibdir. İki ölkə arasında əlaqələr yüksək səviyyədədir”, - deyə Putin bildirib. 

Qeyd edək ki, son günlər Ermənistanda Rusiyaya qarşı etirazlar pik həddə çatıb. Ötən gün ABŞ bayraqları ilə İrəvan küçələrinə axışan ermənilər Rusiya və KTMT-də etirazlarını bildirib, prezident Vladimir Putinin şəkillərini cıraraq, onun üvanına təhqir dolu fikirlər səsləndiriblər. 

Reaksiya.az

Şərhlər