İran Türkiyəyə nota verdi
21.08.2015 16:22 Dünyadan reaksiya 2708
Tehran Türkiyə əraziləri daxilində PKK hücumuna məruz qalan İran TIR və avtobuslarının daha ciddi şəkildə qorunması üçün Ankaraya nota verib.
İranın rəsmi xəbər agentliyi İRNA-nın xəbərinə görə, Türkiyənin Tehrandakı səfiri Rza Hakan Təkini çərşənbə günü Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə İran vətəndaşları və nəqliyyat vasitələrinin Türkiyə ərazisində hücuma məruz qalması səbəbindən narahatlıq duyulduğu bildirilib və Ankaradan daha ciddi tədbirlər görməsi tələb olunub.
İranın Tabnak xəbər agentliyinə görə iyul ayının sonlarından bu günə qədər İrana aid doqquz TIR və bir sərnişin avtobusu PKK-nın təcavüzünə məruz qalıb. Bu hücumlarda bir İran vətəndaşı həyatını itirib.
Tehran rəhbərliyi, həmçinin Ankaradan Tehrana səfər edən iki qatarın PKK tərəfindən bombalanmasından sonra iki ölkə arasındakı qatar səfərlərini təxirə salıb.
Şərhlər