Ermənistan Müdafiə Nazirliyi ölən hərbçilərinin adını gizli saxlayır

19.09.2022 13:11     Dünyadan reaksiya     481

Ermənistanda 44 günlük müharibə zamanı ölən hərbçilərin yaxınları və dostları Azərbaycanla sərhəddə Ermənistan silahlı qüvvələrinin son təxribatı zamanı ölən hərbçilərin adlarının dərc olunmasını tələb edir.

Reaksiya.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, onlar bununla bağlı fleşmob keçirəcəklər.

“Müdafiə Nazirliyindən son hadisələr zamanı ölən hərbçilərin adlarının dərc olunmasını tələb edirik”, onlar bildirib.

Xatırladaq ki, Ermənistan son hərbi təxribatı zamanı 135 hərbçisinin öldüyünü açıqlasa da, onların sayının çox olduğu məlumdur. Nazirlik yaralı hərbi qulluqçuların da adını açıqlamayıb.

Reaksiya.az

Şərhlər