Ərdoğan Kremlin təhdidlərinə reaksiya verdi
29.09.2022 12:45 Dünyadan reaksiya 370
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Ukraynada mümkün nüvə silahından istifadə təhlükəsini “fəlakət” adlandırıb.
Bu barədə CNN Türk məlumat yayıb.
"Nüvə müharibəsinə keçidin qiyməti fəlakətdir. Bu barədə danışmağı dayandırın, bu barədə düşünmək lazım deyil. Onları heç vaxt gündəmə gətirmədən (nüvə müharibəsi ilə bağlı suallar - red.) diplomatiyanın köməyi ilə həll yolu ən uyğun addım olardı", - Türkiyə lideri bildirib.
Eyni zamanda, o qeyd edib ki, Ukraynanın müvəqqəti olaraq Rusiya tərəfindən işğal olunmuş ərazilərində keçirilən qondarma “referendumlar” “daha çox narahatlıq” doğurur. Ərdoğan vurğulayıb ki, bu, diplomatik səyləri çətinləşdirir və işğal olunmuş ərazilərin Rusiya tərəfindən ilhaqına gətirib çıxara bilər.
Şərhlər