Kadırov 3 oğlunu müharibəyə GÖNDƏRİR

03.10.2022 14:21     Dünyadan reaksiya     367

Çeçenistan rəhbəri Ramzan Kadırov oğlanlarını müharibəyə göndərir.

Kadırov bu barədə "Telegram" kanalında məlumat yayıb.

Kadırov yaxın vaxtlarda 3 oğlunun xüsusi əməliyyat zonasına gedəcəyini və onların təmas xəttinin ən çətin məntəqələrində olacaqlarını vurğulayıb:

"Əsl döyüşdə özlərini göstərməyin vaxtı gəldi və bu, onların istəyidir, mən yalnız alqışlayıram. Tezliklə onlar cəbhə xəttinə gedəcək və təmas xəttinin ən gərgin hissələrində olacaqlar".

Reaksiya.az

Şərhlər

Çox oxunanlar