Xamenei İrandakı etirazlara münasibət bildirdi
03.10.2022 16:47 Dünyadan reaksiya 337
Ölkədəki son iğtişaşlar ABŞ və sionist rejim tərəfindən planlaşdırılıb.
Bunu İranın Ali dini lideri Əli Xamenei İmam Həsən Zabitləri Tədris Universitetində hərbi kursantların buraxılış mərasimində çıxışı zamanı deyib.
“Mən birbaşa deyirəm ki, bu iğtişaşlar və təhlükəsizlik problemləri ABŞ-ın, işğalçı və saxta sionist rejimin planıdır. Xaricdəki bəzi xəyanətkar iranlılar onlara kömək etdilər”, - Xamenei deyib.
Xameneinin sözlərinə görə, qızın ölümü (Məhsa Əmini) bədbəxt hadisə olub və insanlar rəsmi araşdırmanın nəticəsini gözləmədən hadisəyə şiddətli reaksiya verməməli idilər.
Şərhlər