Bu ölkə də vətəndaşlarını Rusiynı tərk etməyə çağırdı

03.10.2022 16:48     Dünyadan reaksiya     329

Çexiya vətəndaşlarını Rusiya Federasiyasını tərk etməyə və Rusiya ərazisinə səyahət etməkdən çəkinməyə çağırıb.

Bu barədə Çexiya Xarici İşlər Nazirliyi bəyanat yayıb. 

Səbəb kimi Rusiyada təhlükəsizlik səbəbləri göstərilib: "Rusiya Federasiyasının Ukraynaya davam edən hərbi müdaxiləsi nəticəsində ilk növbədə Aİ və NATO ölkələrinin vətəndaşları üçün təhlükəsizlik vəziyyətinin pisləşib. Bununla əlaqədar olaraq, Çexiya Xarici İşlər Nazirliyi Çexiya vətəndaşlarına qəti şəkildə tövsiyə edir: "Çexiya Xarici İşlər Nazirliyi Çexiya vətəndaşlarını Rusiya Federasiyasının ərazisini tərk etməyə və Rusiyaya səyahətdən çəkinməyə çağırır". 

Bundan əvvəl İtaliya və ABŞ səfirlikləri də vətəndaşlarına Rusiyanı tərk etməyi tövsiyə etmişdi. 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar