Kiyev 52 milyon dollarlıq PUA aldı

04.10.2022 14:24     Dünyadan reaksiya     407

Kiyev üç ay ərzində minə yaxın pilotsuz təyyarə alıb. 

Bunu Ukrayna Baş nazirinin müavini Mixail Fedorov "Telegram" kanalında yazıb. 

Onun sözlərinə görə, 986 pilotsuz uçuş aparatı 52 milyon dollara başa gəlib, onlardan bəziləri artıq cəbhədədir və döyüş tapşırıqlarını yerinə yetirir. Pilotsuz uçuş aparatları Ukrayna Silahlı Qüvvələrinə kəşfiyyat aparmağa, yüngül zirehli texnikaları və hava hücumundan müdafiə vasitələrini vurmağa kömək edir. 

Fedorov qeyd edib ki, bir həftədən az müddətdə Ukrayna Silahlı Qüvvələrinə "Dronlar ordusu" üçün monobank bankının köməyi ilə 64 milyon qrivna (1,7 milyon dollar) yığılaraq bu pulla NATO üzvü olan ölkələrin istifadə etdiyi 40 ədəd "Warmate" PUA-ları alınıb.(unikal)

Reaksiya.az

Şərhlər