“Qalib gələnədək Ukraynaya dəstək verəcəyik” – Britaniyanın baş diplomatı
04.10.2022 14:29 Dünyadan reaksiya 436
Böyük Britaniya hökuməti Ukraynaya həm hərbi əməliyyatlar zamanı, həm də Kiyev qarşıya qoyduğu bütün məqsədlərə çatana qədər, həm də onlardan sonra dağılmış infrastrukturun bərpası zamanı hərbi və iqtisadi yardım göstərməyə davam edəcək.
Teleqraf.com xəbər verir ki, bunu Britaniya xarici işlər naziri Ceyms Kleverli deyib.
“Müharibədə qalib gələnə, suverenliyi bərpa olunana qədər kömək edəcəyik. Heç vaxt Luqanskın, Donetskin, Xersonun, Zaporojenin və Krımın ilhaqını tanımayacağıq. Bu ərazilər Ukraynanındır. Ukrayna bu müharibədə qalib gələndə ona öz evlərini, iqtisadiyyatını bərpa etməyə kömək edəcəyik”, - nazir bildirib.
Onun sözlərinə görə, Londonun Ukrayna hakimiyyətini qələbəyə qədər dəstəkləməkdə davam etmək üçün strateji dözümlülüyü var.
Şərhlər