ABŞ-ın atdığı ballistik raket öz bazasına düşdü

05.10.2022 12:35     Dünyadan reaksiya     401

ABŞ-ın Şimali Koreyanın raket sınaqlarına cavab olaraq, Cənubi Koreya ilə birgə təlimi zamanı buraxdığı "Hyunmoo-2" ballistik raketi atıldığı hərbi bazaya düşüb.

 Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri bunu təsdiqləyib və hadisə nəticəsində itkilərin olmadığını bildirib.

Qeyd edək ki, ötən gün Cənubi Koreya və ABŞ-ın Şərq dənizinə birgə dörd raket atdığı bildirilirdi. Birgə təlim Şimali Koreyanın bir gün əvvəl raket buraxmasına cavab idi.

Şimali Koreyadan atılan ballistik raket oktyabrın 4-də Yaponiya dənizi və Sakit Okean ərazisi üzərindən uçub. Bundan sonra Yaponiyada fövqəladə xəbərdarlıq sistemi işə düşüb, bundan sonra ölkənin şimal bölgələrinin sakinləri təxliyə olunmağa çağırılıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar