Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketini hazırladı
05.10.2022 13:29 Dünyadan reaksiya 420
Aİ ölkələri Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
"Bu il Aİ-yə sədrlik edən Çexiya Rusiyaya qarşı yeni Avropa sanksiyalar paketi ilə bağlı razılaşmanı açıqlayıb"
Çexiya nümayəndələrinin bəyanatında qeyd olunub ki, "bu, Rusiya prezidenti Vladimir Putinin Ukrayna ərazilərinin qanunsuz ilhaqına Aİ-nin sərt cavabıdır".
Yeni sanksiyada Rusiya neftinin qiymətinə, bu ölkədən polad, kağız, kimya məhsulları, plastik və siqaretlərin ixracına, hüquq, informasiya texnologiyaları və mühəndis xidmətlərinin göstərilməsinə və s. məhdudiyyətlər tətbiq edilir.
Xatırladaq ki, Rusiyaya qarşı 8-ci sanksiya paketi oktyabrın 6-7-də Çexiyanın paytaxtı Praqada keçiriləcək Aİ ölkələri dövlət və hökumət başçılarının qeyri-rəsmi zirvə toplantısında da müzakirə edilə bilər.
Şərhlər