SON DƏQİQƏ! Bu hədəflər MƏHV EDİLƏCƏK - Şimali Koreya ELAN ETDİ

10.10.2022 14:17     Dünyadan reaksiya     386

ABŞ və Cənubi Koreyanın hərbi təlimlərinə ardıcıl raket sınaqları ilə cavab verən Şimali Koreyadan gərginliyi zirvəyə çatdıracaq açıqlama gəlib.

Şimali Koreya rəsmiləri bildirib ki, sınaqlar Cənubi Koreya və ABŞ-ın potensial hədəflərini “vurmaq və məhv etmək” üçündür.

Dövlətin nəzarətində olan Koreya Mərkəzi Xəbər Agentliyində (KCNA) yer alan açıqlamada bildirib ki, raket sınaqları ABŞ və Cənubi Koreya qüvvələrinin son dəniz təlimlərinə cavab olaraq həyata keçirilib.

KCNA Şimali Koreyanın düşmənlərinə xəbərdarlıq göndərmək üçün "əsl müharibəni simulyasiya etmək" qərarına gəldiyini vurğulayıb, ölkəni dəmir yumruqla idarə edən Kim Çen Inın yaxın həftələrdə daha çox sınaq keçirəcəyinə işarə edilib.

Xatırladaq ki, Cənubi Koreya, Yaponiya və ABŞ-ın 5 il sonra təşkil etdiyi birgə hərbi təlimləri görməyə gedən Harris ABŞ-ın Şimali Koreya ilə düşmənçiliyini və ölkəsinin Cənubi Koreyaya verdiyi sarsılmaz dəstəyini xüsusi vurğulamışdı.

Paytaxt Seula da gedən Harrisə "xoş gəldin" mesajı verən Şimali Koreya isə ABŞ-ın yüksək səviyyəli nümayəndəsini həftədə 4 dəfə raket ataraq “qarşılamışdı”.

Qeyd edək ki, Vaşinqtonun Cənubi Koreyanı Şimali Koreyadan qorumaq üçün 28 500-ə yaxın əsgəri var.

Harrisin Seula səfərindən bir qədər əvvəl Vaşinqton irimiqyaslı birgə hərbi dəniz təlimi keçirmək üçün nüvə enerjisi ilə işləyən “USS Ronald Reagan” təyyarədaşıyan gəmisini Cənubi Koreyaya göndərmişdi.

Bu cür təlimlər Şimali Koreyanı qəzəbləndirir, Kim Çen In təlimləri “işğal məşq”i kimi görür.(musavat)

 

Reaksiya.az

Şərhlər