Atillaya həbsdə işgəncə verilir - Səbəb inanılmazdır
11.10.2022 17:05 Dünyadan reaksiya 349
İranda bir aydır davam edən etirazlara baxmayaraq,Tehran rejiminin repressiyaları səngiməyib.
Reaksiya.az "Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, etirazlar başlayandan indiyədək siyasi fəalların həbsi və işgəncələrə məruz qoyulmaları davam etdirilir. Həbs olunanlar arasında xeyli azərbaycanlı milli fəal da var.
Son məlumatlara görə, Tehran rejimi yeniyetmələri belə həbs etməkdən çəkinmir. Onların arasında Təbrizdən olan 16 yaşlı Atilla Arfai də var.
O, sentyabrın 21-dən həbsdədir. Dostlarının dediyinə görə, Atillaya ağır işgəncələr verilib. Valideynləri hələ də onun vəziyyəti barədə xəbər tuta bilmirlər.
Atillanın həbsinə və ağır işgəncələrə məruz qalmasına isə onun telefonunun ekranında Atatürkün şəklinin olması və türkcə yazması səbəb olub.
Şərhlər