Aİ-nin texniki qrupu Ermənistana gedir
13.10.2022 12:27 Dünyadan reaksiya 319
Avropa İttifaqının texniki qrupu bu gün Ermənistana səfər edəcək.
Bu barədə məlumatı Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan açıqlayıb.
Səfərin məqsədi Azərbaycanla sərhəddə Avropa İttifaqı missiyasının yerləşəcəyi konkret yerləri müzakirə etməkdir.
Xatırladaq ki, Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında oktyabrın 7-si Praqada baş tutan danışıqların yekununda Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədinə missiya göndərməsi barədə razılıq əldə olunub. tass
Şərhlər