NATO Ukraynaya dəstəyi ARTIRIR

13.10.2022 12:43     Dünyadan reaksiya     307

"Biz dəstəyimizi artıracağıq, xüsusən də Ukraynaya daha çox hava hücumundan müdafiə sistemi təqdim edəcəyik".

Bunu NATO baş katibi Yens Stoltenberq Brüsseldə Alyansa üzv ölkələrin müdafiə nazirlərinin görüşü çərçivəsində ABŞ-ın müdafiə naziri Lloyd Ostinlə birgə brifinqdə deyib.

"Mən ABŞ-ın Ukraynaya göstərdiyi misli görünməmiş dəstəyi, eləcə də avropalı müttəfiqlər, Kanada və tərəfdaşlarının Ukraynaya göstərdiyi misilsiz dəstəyi alqışlayıram. Həm də inanıram ki, bu, NATO müttəfiqləri və tərəfdaşlarının verdiyi çox mühüm mesajdır. Biz Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunda lazım olduğu qədər Ukraynanın tərəfində olacağıq”, - Stoltenberq bildirib.

Reaksiya.az

Şərhlər