Türkiyə Avropanın ümid yerinə çevrilir

13.10.2022 13:06     Dünyadan reaksiya     327

Rusiya prezidenti Putinin göstərişi ilə fevralın 24-də başlayan müharibə şiddətlə davam edir. Bir tərəfdən Qərb, xüsusilə ABŞ Ukraynanı silahlandırır, digər tərəfdən isə Rusiya qazından asılı olan Avropa ən sərt qışa hazırlaşır.

Musavat.com xəbər verir ki, Avropa ölkəsinin fövqəladə hallar planını müzakirə etdiyi bir vaxtda Rusiya lideri Vladimir Putindən diqqətçəkən Türkiyə təklifi gəlib.

PUTİNİN "TÜRKİYƏ FORMULU"

Putin Rusiyanın Türkiyə üzərindən Avropaya qaz satmağa hazır olduğunu vurğulayıb: "Türkiyədə Avropa üçün böyük təbii qaz qovşağı yaradıla bilər. Rusiya Avropanı enerji ilə təmin etməyə hazırdır".

Rusiya liderinin “Türkiyə formulu” dünya mətbuatında geniş işıqlandırılıb.

"Al Jazeera" Putinin açıqlamasını oxucularına “Türkiyə vasitəsilə alternativ Avropa qaz mərkəzi yaratmaq ideyası” olaraq təqdim edib.

"Bloomberg" isə Putinin bəyanatından sonra “Qazprom”un baş direktorunun “Axınların dəyişdirilməsi nəticəsində Türkiyə qaz qovşağı yarana bilər” açıqlamasına diqqət çəkib.

TÜRKİYƏDƏN PUTİNƏ CAVAB

Rusiya liderinin təklifinə Türkiyədən Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzdən gəlib. "Bloomberg" Türkiyənin Putinin təklifini dəyərləndirəcəyini yazıb.

Yunanıstanın “Kathimerini” qəzetindəki “Putin Rusiyanın Türkiyədəki qaz mərkəzi üçün “Şimal axını” qazını Qara dənizə göndərə biləcəyini söylədi” başlıqlı xəbərdə isə bu sözlər yer alıb:

“Moskva Enerji Həftəsi konfransında çıxış edən Putin bildirib ki, Rusiya qaz tədarükü coğrafiyasını genişləndirməyə davam edəcək və eyni zamanda yerli valyutalarda enerji tədarükü müqavilələrinin bağlanmasına doğru hərəkət edəcək”.

Reaksiya.az

Şərhlər