Rusiya təyyarəsində bomba həyəcanı - İnsanlar təxliyə edildi

14.10.2022 12:36     Dünyadan reaksiya     324

Dehli hava limanında bomba həyəcanı verilib. 

"Unikal" Hindistanın paytaxtının hava limanının açıqlamasına istinadən xəbər verir ki, bu səbəblə təyyarələr limanda saxlanılıb, bu səbəbdən uçuşlarda gecikmələr var. 

Qeyd olunub ki, bomba həyəcanı Moskva-Dehli marşrutu ilə uçan təyyarəyə aiddir. 

Təyyarənin polis tərəfindən yoxlanması üçün 386 sərnişin və 16 ekipaj üzvü oradan çıxarılıb.

Reaksiya.az

Şərhlər