Türkiyə Suriya ilə sərhəddə artıq 12 km divar inşa edib

22.08.2015 00:13     Dünyadan reaksiya     1844

Türkiyə Suriya ilə sərhəd boyu 45 km uzunluğu olacaq beton divar inşa etməyə başlayıb.

Reaksiya.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hazırda Türkiyənin Suriya ilə həmsərhəd Hatay vilayətinin Reyhanlı şəhəri yaxınlığında artıq 12 km divar ucaldılıb.     

Məlumata görə, divarın tikintisində istifadə olunan beton blokların hər birinin hündürlüyü 3 metr, ağırlığı 7 ton, qalınlığı 30 sm, eni 2 metrdir.  

Şərhlər

Çox oxunanlar