Rusiya-Norveç sərhədində gərginlik: 12 nüvə təyyarəsi sərhəddə

14.10.2022 13:49     Dünyadan reaksiya     402

Rusiya Norveçlə sərhəddə yerləçən Kolsk yarımadasındakı Olenya aviabazasına nüvə gücünə malik strateji bombardmançı təyyarələr toplayıb. Bu, yəqin ki, Rusiyanın Ukraynadakı məğlubiyyəti fonunda nüvə şantajı ilə bağlıdır.
 
Bu barədə Norveçin "Faktisk" nəşri Planet Labs şirkətinin peyk görüntülərinə istinadən məlumat yayıb.
 
Nəşr hesab edir ki, bu, yəqin ki, Rusiyanın Ukraynadakı məğlubiyyəti fonunda nüvə şantajı ilə bağlıdır.
 
Oktyabrın 7-də çəkilən görüntüdə aviabazada yeddi Tu-160 və dörd Tu-95 bombardmançısının olduğu görünür. İki gün sonra peyk aviabazanın uçuş-eniş zolağında daha bir Tu-160 təyyarəsini qeydə alıb.
 
Sentyabrın 30-da “Yerusalem Post” bombardmançı təyyarələrin Norveçlə sərhədə keçirilməsindən yazıb. O zaman aviabazada dörd Tu-160 və üç Tu-95 müşahidə olunub.
 
Adətən, bu strateji bombardmançı təyyarələr Moskvadan 720 kilometr cənub-şərqdə yerləşən Engels aviabazasında yerləşir. Hərbi ekspertlərin fikrincə, bu manevrlər ənənəvi “Şimşək” payız təlimləri ilə bağlı ola bilər. Eyni zamanda, bəzi ekspertlər bombardmançı təyyarələrin Olenye aviabazasına gətirilməsinin Putinin nüvə təhdidlərinin tərkib hissəsi ola biləcəyini bildirilər.
 
 
Norveçli hərbi ekspert Lars Peder Haqa xatırladıb ki, Rusiya Federasiyası sonuncu dəfə “Şimşək” nüvə təlimini 2022-ci ilin fevralında, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalına bir neçə gün qalmış keçirib: “O zaman bu Qərbə Ukrayna məsələsinə müdaxilə etməmək üçün birmənalı xəbərdarlıq idi".
 
 

Şərhlər