Ermənistan İrandan zərbə PUA-ları alır - General

20.10.2022 12:31     Dünyadan reaksiya     345

Ermənistan İran istehsalı olan zərbə PUA-larının alınması ilə bağlı rəsmi müraciət edib.

Bu barədə SEPAH-ın keçmiş komandanı və İran Ali Rəhbərinin baş hərbi köməkçisi, general-mayor Yəhya Rəhim Səfəvi məlumat verib.

O qeyd edib ki, təxminən 22 ölkə İran PUA-larının alınması üçün rəsmi müraciət edib:

"Hazırda namizəd Ermənistan, Tacikistan, Serbiya, Əlcəzair, Venesuela və digər ölkələrdir", - Səfəvi bildirib.

Reaksiya.az

Şərhlər