Ukraynada hava hücumu xəbərdarlığı elan edildi

20.10.2022 12:36     Dünyadan reaksiya     304

Bütün Ukrayna ərazisində hava həyəcanı elan edilib.

Səhər  saatlarından etibarən Kiyev Regional Hərbi İdarəsi Kiyev vilayətində hava həyəcanı elan edib. Həmçinin, Ukrayna mediası Kirovoqrad, Poltava, Çerkassı və Odessa vilayətlərində hava xəbərdarlığı barədə yazıb. Bundan əlavə, Dnepropetrovsk vilayətində və Zaporojye vilayətinin Kiyevin nəzarətində olan hissəsində hava xəbərdarlığı elan edilib.

Reaksiya.az

Şərhlər