İran Rusiya ilə bizə qarşı birləşir - Semivolos

20.10.2022 12:38     Dünyadan reaksiya     435

Ukraynanın hazırda İranla heç bir əlaqəsi yoxdur. Hətta tələbə mübadiləsi də dayandırılıb. Ancaq bu bizim ölkələr arasındakı gərginliyin həll yolu deyil.

Axar.az xəbər verir ki, bunu Ukraynada Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru İqor Semivolos deyib.

“Bu addımların heç biri bizə kömək etməyəcək, əksinə, Rusiya ilə münasibətləri dərinləşdirmək üçün İranın əl-qolunu açacaq. Məsələn, Ukraynanın işğal olunmuş 4 rayonunda Rusiya “referendumları”nı tanıya biləcəklər və BMT Baş Assambleyasında artıq açıq şəkildə Rusiyaya dəstək verəcəklər. İran ruslarla əməkdaşlığı dayandırmayacaq. Buna ümid etmək faydasızdır. Düşünürəm ki, əksinə, Rusiya İranla əlaqələri gücləndirəcək və sonda rəsmi müttəfiqlik bağlayacaqlar. Onlar birlikdə olduqları “şər oxuna” çevriləcəklər”, - o bildirib.

Reaksiya.az

Şərhlər