Sərhəd missiyasının müddətini uzada bilərik - Paşinyan
20.10.2022 12:49 Dünyadan reaksiya 503
Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində fəaliyyət göstərəcək mülki müşahidə missiyasının 40 nəfərlik əsas qrupu tezliklə Ermənistana gələcək.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Əvvəldən nəzərdə tutulurdu ki, missiya iki ay işləsin. Lakin bizim təcrübə sahəmizdə müşahidə missiyasının müddətinin uzadılması ilə bağlı fikirlər var. Əgər belə bir fürsət və zərurət görsək, problemi daha dərindən öyrənəcəyimizi istisna etmirik”, - deyə Paşinyan vurğulayıb.
Xatırladaq ki, Azərbaycan, Ermənistan, Fransa və Avropa İttifaqı Şurası liderlərinin Praqada keçirilən görüşünün yekunu üzrə bəyanat qəbul edilib. Həmin bəyanata görə, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyıb. Bundan əlavə, razılığa əsasən, Aİ-nin mülki missiyası Ermənistan-Azərbaycan sərhədində yerləşdiriləcək. Müşahidə missiyası müvəqqəti xarakter daşıyacaq və iki aydan çox davam etməyəcək.
Şərhlər