Xorvatiya prezidenti Nensi Pelosi ilə görüşdən imtina etdi

25.10.2022 12:59     Dünyadan reaksiya     543

Xorvatiya Prezidenti Zoran Milanoviç "Krım Platforması" forumunda iştirak etməyəcək və bu gündən etibarən həmin beynəlxalq platformanın fəaliyyətində ABŞ-ı təmsil edən ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi ilə görüşməyəcək. 

Bu barədə Xorvatiya lideri açıqlamasında bildirib. 

Amerikalılar görüş istədilər, amma mən rədd etdim. O, icra hakimiyyətinin nümayəndəsi deyil", - deyə Milanoviç əlavə edib. 

Onun sözlərinə görə, iki həftədən sonra dünyada hər şey dəyişəcək.

Reaksiya.az

Şərhlər