SEPAH və “Bəsic” Xameneinin yanında olduğunu bəyan etdi

25.10.2022 13:14     Dünyadan reaksiya     545

İran İslam Respublikasının ali dini rəhbəri Ayətullah Seyid Əli Xamenei son iğtişaşlar fonunda Tehranın təhlükəsizliyinin müdafiəçisi kimi “Bəsic” qüvvələrinin (yarımhərbi könüllü polis təşkilatı) üzvlərinə təşəkkür edib.

Modern.az xəbər verir ki, bu barədə İran mediasında yer alan məlumatlarda bildirilib.


İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Hüseyn Səlami Tehranda iğtişaşçılar və təhlükəsizliyi pozanlarla mübarizədə “Bəsic” üzvlərinin çətin vəziyyətdən çıxa bildiyini qeyd edib. O, “Bəsic”in ölkənin düşmənlərinin bütün bədxah hiylələrinə qalib gəldiyini vurğulayıb.


“Mehr” agentliyinin məlumatına görə, SEPAH-ın baş komandanı Hüseyn Səlami İran Silahlı Qüvvələrinin ali baş komandanı Ayətullah Seyid Əli Xameneini ziyarət edib. O, Xameneiyə bildirib: “Əvvəlcə də dediyim kimi, narahat olmayın, İran İnqilabı Keşikçiləri Korpusunun əsl qüvvələri yanınızdadır. Siz İslam İnqilabının ülvi dəyərlərini inamla və möhkəm şəkildə müdafiə edin. Bu gün İslam İnqilabını qürurla müdafiə edən “Bəsic” üzvləri və SEPAH qüvvələri sizin üçün dua edirlər” .
 

Seyid Əli Xamenei isə öz növbəsində SEPAH və “Bəsic” qüvvələrinə salam göndərib və onlara dua etdiyini vurğulayıb.

Reaksiya.az

Şərhlər