Zatulinin Ermənistana girişi qadağan edildi

25.10.2022 14:00     Dünyadan reaksiya     558

Rusiya Dövlət Dumasının MDB İşləri üzrə komitə sədrinin birinci müavini, illərdir ermənipərəst mövqeyi ilə gündəmə gələn rusiyalı siyasətçi Konstantin Zatulin Ermənistanda "persona non qrata" elan edilib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın "Aykakan Jamanak"qəzeti yazır.

"Bizim məlumatlara görə, Konstantin Zatulinin Ermənistana girişi qadağan edilib. Bu gündən etibarən o, Ermənistanda arzuolunmaz şəxs hesab olunur", - deyə nəşr qeyd edir.

Qeyd edək ki, bir müddət öncə rusiyalı deputat Zatulin öz müsahibələrində birində 44 günlük müharibədəki məğlubiyyətdə Ermənistan hakimiyyətini ittiham edib.

Reaksiya.az

Şərhlər