Makron Roma Papasından Putin və Baydenə zəng etməsini xahiş edib
25.10.2022 14:08 Dünyadan reaksiya 577
Fransa Prezidenti Emmanuel Makron Roma Papası Fransisklə görüşündə ondan Rusiya Prezidenti Vladimir Putin və ABŞ dövlət başçısı Co Baydenlə telefonla danışmağı xahiş edib.
Bu barədə Makron "Le Point"ə müsahibəsində bildirib.
Fransa prezidenti oktyabrın 24-də Roma Papası Fransisklə görüşü zamanı ondan Ukraynada “sülh prosesini dəstəkləmək” üçün Putinə, Patriarx Kirillə və Baydenə zəng etməyi xahiş edib.
“Mən Roma Papası Fransiski Vladimir Putinə, Patriarx Kirillə, həm də Co Baydenə zəng etməyə təşviq etdim”, - Makron deyib.
Fransa Prezidenti qeyd edib ki, ABŞ-ın Ukraynada sülh prosesini təşviq etmək üçün masa ətrafında əyləşməsi lazımdır: “Papanın Co Baydenə təsiri ola bilər. Çünki Co Baydenin Papa ilə etibarlı əlaqələri var. Papa Amerikanın Haiti və Ukrayna ilə yenidən məşğul olması üçün ona təsir göstərə bilər”.
Şərhlər