Zalujnı: Qələbə bizə çox ağır başa gəlir

01.11.2022 13:25     Dünyadan reaksiya     382

Biz ərazimizdən 28 dəfə, əhalimizdən 4 dəfə böyük, hərbi potensialı imkanlarımızdan qat-qat üstün olan ölkəyə qarşı müharibə aparırıq. Bu müharibə hər yerdədir - quruda, havada, dənizdə, kiberməkanda. Biz səkkiz ay deyil, səkkiz il səkkiz aydır ki, müharibə aparırıq. Bütün bunlar bizim mətanətimizdən, özümüzü müdafiə etmək cəsarətimizdən və qələbəyə susadığımızdan xəbər verir.

Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı deyib.

“Başqa ölkələr belə təzyiqlərə dözə bilərmi? Təkcə bir gündə düşmən Ukraynadakı mülki hədəflərə qarşı 55 Kh-101 qanadlı raketi və bir Kh-59 idarə olunan hava raketi, 22 ədəd S-300 zenit raketi, dörd “Şahid-136” PUA-sı və bir “Lancet-3” PUA-sından istifadə edib. Başqasını bilmirəm, amma biz dayanırıq, yenidən qruplaşır, ehtiyatlar yaradırıq, müdafiəmizi gücləndiririk və doğma torpağımızı tədricən azad edirik. Qələbə bizə çox ağır başa gəlir. Amma o, mütləq qələbə olacaq”, - o bildirib.

Reaksiya.az

Şərhlər