“Bu münaqişəyə son qoyulmalıdır!” - Lukaşenkodan ÇAĞIRIŞ
01.11.2022 13:38 Dünyadan reaksiya 520
Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, Ermənistanla Azərbaycan arasında münaqişənin həllində Rusiyanın vasitəçiliyi kifayətdir.
Lukaşenko bu barədə KTMT-nin baş katibi Stanislav Zasla görüşdə bildirib.
"Müharibə bitdi... Tərəflər qərara gəldilər ki, kobud desək, vasitəçi lazımdır. Bu, normadır, klassikdir. Təbii ki, bu vasitəçi Rusiyadır. Rusiyaya üz tutdular, Rusiya yüzlərlə insanı ora yerləşdirdi. Rusiya sərhədçiləri Putinin dediyi kimi, sərhədin bütün hissələrində var. Türkiyə ilə, İranla, Ermənistanla Azərbaycan arasında və s.. Daha nə lazımdır ki, bu istiqamətdə işləsinlər”, - Lukaşenko Minskdə keçirilən görüşdə deyib.
Belarus liderinin sözlərinə görə, Avropa İttifaqı və ATƏT-in bu münaqişəyə niyə vasitəçi kimi müdaxilə etməsi ona aydın deyil.
"Mən əbəs yerə demədim ki, hansısa oyun oynanılır. Mən başa düşürəm, bu, nə oyundur. Niyə Avropa İttifaqını vasitəçi kimi ortaya sürüklədilər… Niyə ATƏT-i ora dartırlar… Nəyə görə, aydındır. Orada nə edəcəklər? Əgər artıq vasitəçi varsa? Sanki başqa heç bir işləri yoxdur”.
Lukaşenka diqqəti Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə yönəldib və vurğulayıb ki, “bu münaqişəyə son qoyulmalıdır”.
Şərhlər