"Putin G20 sammitinə buraxılmamalıdır"

01.11.2022 13:43     Dünyadan reaksiya     515

Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın G20-dən çıxarılmasını tələb edir.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko "Twitter" səhifəsində yazıb.

"Putin açıq şəkildə Ukraynanın mülki və enerji infrastrukturuna raket zərbələri endirilməsi əmrini verdiyini etiraf edib. Əlləri dirsəyə qədər qan içində, dünya liderləri ilə bir masa arxasında oturmamalıdır. Putinin Bali sammitinə dəvəti geri götürülməli, Rusiya 20-lik qrupundan çıxarılmalıdır”, - sözçü bildirib.

Reaksiya.az

Şərhlər