Ukrayna yeni hava hücumundan müdafiə sistemləri alıb

07.11.2022 15:39     Dünyadan reaksiya     307

“NASAMS və Aspide hava hücumundan müdafiə sistemləri Ukraynaya çatıb”.

Bunu Ukraynanın müdafiə naziri Oliksiy Reznikov tviterdə yazıb.

O bildirib ki, bu silahlar Ukrayna ordusunu gücləndirəcək və ölkənin səmasını daha təhlükəsiz edəcək: “Bizə hücum edən düşmən hədəflərini vurmağa davam edəcəyik.

Nazir bu silahlara görə Ukraynanın tərəfdaşlarına- Norveç, İspaniya və ABŞ-a təşəkkürünü bildirib.

Reaksiya.az

Şərhlər