Ruslar təşviş içində: Üçüncü müdafiə xətti qurulur

08.11.2022 12:59     Dünyadan reaksiya     415

Melitopol yaxınlığında ruslar üçüncü müdafiə xəttini qurur və komendant saatını tətbiq edirlər.

Reaksiya.az xəbər verir ki, bu barədə “RİA-Melitopol” məlumat yayıb.

Məlumata görə, ruslar Polyanovka kəndindən bütün yerli əhalini çıxarıb, ora beton bloklar gətirirlər:

"Ruslar insanların bağlarında səngər qazırlar. İşğalçılar öz aralarında üçüncü müdafiə xəttini qurduqlarını və Ukrayna Silahlı Qüvvələrinin hücumunu gözlədiklərini müzakirə edirlər. Onların qoşunları artıq təşviş içindədir, ruslar Ukrayna ordusunun tezliklə Kaxovkaya girəcəyini müzakirə edirlər və Ukraynanın Krıma daxil olacağından qorxurlar. Polyanovka yaxınlığında daha çox düşmən əsgəri var. İşğalçılar artıq uşaq bağçası, ibtidai məktəb binalarında, fərdi yaşayış evlərində məskunlaşırlar. Ruslar yerli sakinlərin şəxsi nəqliyyatını əlindən alıb və hər kəsə saat 16:00-dan sonra küçəyə çıxmağı qadağan ediblər".

Reaksiya.az

Şərhlər