İranda etirazlarda öldürülənlərin son sayı açıqlandı

11.11.2022 12:46     Dünyadan reaksiya     357

İranda öldürülən və həbs edlən etirazçıların sayı açıqlanıb.

Bu barədə İran İnsan Haqları Təşkilatına istinadən xəbər verir.

Qurumun 10 noyabrda yaydığı məlumatda 17 sentyabrdan 8 noyabra kimi İranda davam edən etirazlarda 50-si uşaq olmaqla, 330 nəfərin hökumət məmurları tərəfindən öldürüldüyü bildirilib. Həmçinin 15092 nəfərin saxlanıldığı, bunlardan 440 nəfərinin tələbə olduğu qeyd edilib.

Məlumatda o da vurğulanıb ki, bu müddət ərzində 138 şəhərdə etirazçılar İran hakimiyyətinə qarşı nümayişlər həyata keçirib və 137 universitetin tələbələri bu nümayişləri dəstəkləyib.

Reaksiya.az

Şərhlər