BMT-dən İsrail və Suriyaya müraciət
22.08.2015 07:12 Dünyadan reaksiya 1661
Birləşmiş Millət Təşkilatının (BMT) baş katibi Pan Qi-Mun İsrail və Suriyaya müraciət edərək bölgədəki gərginliyi artırmamaqlarını istəyib.
BMT rəhbəri İsrail və Suriya arasındakı qüvvələrin geri çəkilməsinə dair əldə olunmuş razılığa olan təzyiqlərdən ciddi narahat olduğunu bildirib. Bu barədə Birləşmiş Millətlərin mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki, avqustun 20-i İsrailin Kiryat Şmona şəhərinə raket zərbələri endirilib və İsrail tərəfi də sülh xəttini pozaraq buna cavab verib. Pan Qi-Mun tərəfləri razılaşmanı pozmamağa, bölgədəki sabitliyin təminatı üçün geri çəkilməyə çağırıb.
Şərhlər