Polşa Rusiyaya nota verdi
16.11.2022 16:14 Dünyadan reaksiya 301
Rusiyanın Polşadakı səfiri Sergey Andreyev ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, rusiyalı səfir dünən gecə saatlarında nazirlikdə olub.
Nazirlikdə Polşanın XİN rəhbəri Zbiqnev Rau Andreyevə nota təqdim edib. Bildirilir ki, notada Polşanın ölkə ərazisinə raket düşməsi ilə bağlı mövqeyi öz əksini tapıb.
Görüşün ümumilikdə 4 dəqiqə davam etdiyi qeyd olunub.
Xatırladaq ki, noyabrın 15-i Polşa ərazisinə 2 raket düşüb. Raketlərin taxıl qurutma maşınlarına dəyməsi nəticəsində iki nəfər həlak olub. Polşanın Xarici İşlər Nazirliyi raketlərin Rusiya istehsalı olduğunu bildirib. Buna baxmayaraq, Polşa Prezidenti Andjey Duda qeyd edib ki, Varşava ölkəyə məhz hansı ölkənin raketlərinin düşməsi barədə dəqiq məlumata sahib deyil. Amerikalı məmurlar isə, Ukrayna qoşunlarının Rusiya raketlərini vurmaq üçün atdığı raketlərin Polşaya düşdüyünü deyib.
Şərhlər