Xumeyninin ata evinə aksiyaçılar tərəfindən od vurulub
18.11.2022 17:13 Dünyadan reaksiya 316
Daily Mail saytının yaydığı məlumata istinadən dünən noyabr ayının 17-sində Xumeyn şəhərində hal-hazırda (daha doğrusu bundan əvvəl) Xumeyni Mirası Muzeyi kimi fəaliyyət göstərən Xumeyninin ata evinə aksiyaçılar tərəfindən od vurulub.
Qeyd edək ki, Xumeyn şəhəri İsfahan vilayətində yerləşir və Tehranla məsafəsi təxminən 300 km-dir.
Xumeyni həmin şəhərdə anadan olduğu üçün bu şəhər İran İslam Respublikasın da olduqca müqəddəs bir məkan sayılıb. Həm islahatçılar həm də indiki hakimiyyətdə olanlar bu şəhəri müqəddəs hesab ediblər və məhz buna görə də bu şəhərdə çox güclü təbliğat aparıblar.
Xumeyn şəhərinin dili rəsmi sənədlərdə “fars” dili göstərilsə də əslində bu şəhərin sakinlərin əksəriyyəti özlərinə məxsus ləhcə ilə (Xələc türkləri ləhcəsi) türk dilində danışır.
Xumeyninin anadan olduğu evə onun yerliləri tərəfindən od vurulması, sistemin bütövlüyünə olduqca təhlükəli siqnallar göndərir.
Rəsmiyyə Allahverdiyeva
Şərhlər