Paşinyan: "Putin dəmir yolunun bərpası ideyasını dəstəkləyib"

24.11.2022 13:02     Dünyadan reaksiya     226

“Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı Azərbaycanla Ermənsitan arasında dəmir yolunun bərpası ideyası müzakirə olunub. Putin dəmiryolunun bərpası ideyasını dəstəkləyib".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

O bildirib ki, Horadiz-Mehri-Ordubad-Yerasx dəmiryolunun bərpası layihəsi canlandırıla bilər: "Dünənki danışıqlarda biz dəmiryolunun bərpası ilə bağlı işə qayıtmağın əhəmiyyəti barədə danışdıq”.

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının noyabrın 23-də İrəvanda keçirilən sammiti çərçivəsində V. Putinlə N.Paşinyan arasında görüş olub.

Reaksiya.az

Şərhlər