11 gömrük işçisi yoxa çıxdı

22.08.2015 09:13     Dünyadan reaksiya     2249

Türkiyənin Van şəhərinin İranla sərhədində yerləşən Kapıköy sərhəd məntəqəsində 10 gömrük işçisi və 1 TIR sürücüsünün PKK tərəfindən qaçırıldığı iddia olunur.

Reaksiya.az-ın məlumatına görə, işçilərin tapılması üçün təhlükəsizlik qüvvələri axtarışlara başlayıb. 

Gömrük məntəqəsində işləyən işçilər evlərinə getmək üçün Van isitqamətində yola çıxıblar. Şəxsi avtomobilləri ilə yola çıxan işçilər evlərinə çatsalar da, Sərhəd Məntəqəsinin avtobusları ilə gedənlər mənzil başına çata bilməyib. 

Məlumat yayıldıqdan sonra bölgədə olan bütün gömrük məntəqələrinə hadisə barədə məlumat verilib. Araşdırmalar nəticəsində işçilərin PKK terrorçuları tərəfindən qaçırılma iddiası ortaya çıxıb.

Bu, Türkiyə-İran sərhədində baş verən ilk gərginlik deyil. Bir müddət əvvəl İran vətəndaşına məxsus yük avtomobili Türkiyə ərazisində PKK silahlıları tərəfindən atəşə tutulmuşdu. Bu hadisədən sonra İran gərginliyin yaşandığı Gürbulaq-Bazarqan Gömrük keçid məntəqəsini bir tərəfli olaraq bağladığını bəyan etmişdi.

Son vaxtlar sərhəddə baş verən gərginliklərə İran tərəfi də münasibətini bildirib. İran onlara məxsus TIR və avtobusların Türkiyə ərazisində təhlükəsiz hərəkətini təmin etmələri üçün Ankaraya nota verib .

Şərhlər

Çox oxunanlar