İranda etirazlar zamanı daha iki yeniyetmə öldürüldü

28.11.2022 12:53     Dünyadan reaksiya     295

İranda etirazlar zamanı 16 yaşlı Rza Kazımi və Mahək Haşimi adlı yeniyetmələr öldürülüb.

Bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, onlar hökumət qüvvələrinin açdığı atəş və dəyənək zərbələrindən ölüb.

Belə ki, noyabrın 21-də Rza Kazımi etiraz aksiyasında güllə yarası aldıqdan sonra xəstəxanaya köçürülüb və ağır yaralandığına görə ayın 27-də dünyasını dəyişib.

Mahək Haşimi isə noyabrın 25-də Şiraz şəhərindəki keçirilən etiraz aksiyasına qatıldığına görə döyülüb. Ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən yeniyetmə qız noyabrın 27-də vəfat edib.

Qeyd edək ki, etiraz aksiyaları başlayandan İranda bu günə kimi 60-dan çox uşaq hökumət qüvvələri tərəfindən qətlə yetirilib.

Reaksiya.az

Şərhlər