Zelenski ELAN ETDİ: Rusiya yeni hücum planlaşdırır

28.11.2022 12:58     Dünyadan reaksiya     221

“Biz başa düşürük ki, terrorçular növbəti hücumlar planlaşdırırlar. Təəssüf ki, raketləri olduğu müddətdə, onlar sakitləşməyəcəklər”.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində deyib.

Rusiyanın hücumları nəticəsində elektrik enerjisinin kəsilməsinə diqqət çəkən Ukrayna dövlət başçısı növbəti həftənin də əvvəlki həftə kimi çətin ola biləcəyini bildirib.

Zelenskinin sözlərinə Moskvadan heç bir cavab verilməyib.

Reaksiya.az

Şərhlər