Rusiya ABŞ-la danışıqlardan imtina etdi

30.11.2022 13:37     Dünyadan reaksiya     328

“ABŞ-la strateji hücum silahlarının məhdudlaşdırılması anlaşmasını müzakirə etməyəcəyik”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova söyləyib.

O qeyd edib ki, rəsmi Moskva bu anlaşmanı yüksək qiymətləndirir, amma bunu müzakirə etmək üçün uyğun şərtlər olmalıdır.

“Rusiya hazırda ABŞ-la strateji hücum silahlarının məhdudlaşdırılması anlaşmasını müzakirə etmək niyyətində deyil. ABŞ Ukraynanı silahlandırmağa davam etdikcə, bu, baş verməyəcək”, - deyə Zaxarova bəyan edib.

Reaksiya.az

Şərhlər