"Vaşinqton Post": "İran cinayətkar qruplar vasitəsilə müxalifləri oğurlayır və öldürür"

02.12.2022 12:59     Dünyadan reaksiya     676

Washington Post” qəzetində dərc olunan araşdırma yazısına görə, İran hökumətinin xaricdə yaşayan müxaliflərə qarşı planları barədə yazı dərc edib.

Musavat.com xəbər verir ki, qəzet Tehran hökumətinin müxaliflərə qarşı sui-qəsdlərdə cinayətkar dəstələrin, o cümlədən bahalı daşlar qaçaqmalçılığı ilə məşğul olan şəxslərin xidmətindən istifadə etdiyini yazır.

Qeyd olunan məlumatlar "Vaşinqton Post" qəzetinin Amerika və Avropa ölkələrinin 15 rəsmi və təhlükəsizlik qurumlarının rəsmiləri ilə apardığı müsahibələr, əldə edilən kəşfiyyat sənədləri əsasında hazırlanıb.

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat idarəsi və Qüds qüvvələri sui-qəsd əməliyyatlarının planlaşdırılmasında əsas rol oynayan iki qurum kimi qeyd edilib.

Reaksiya.az

Şərhlər