“Terrorçuların çörəyinə yağ çəkməyin” - Ərdoğan

02.12.2022 13:03     Dünyadan reaksiya     588

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xarici mətbuat orqanlarını tənqid edib.

 Ərdoğan bu barədə II Beynəlxalq Strateji Kommunikasiya Zirvəsinin açılışına göndərdiyi məktubda qeyd edib.

O, İstanbulun “İstiqlal” küçəsində baş vermiş son terror olayının beynəlxalq media tərəfindən işıqlandırılması zamanı istifadə olunan üsluba etirazını bildirib.

“Xəbərin dili elədir ki, terrorçuların çörəyinə yağ çəkilir”, - deyə Türkiyə Prezidenti qeyd edib.

Ərdoğan bu cür halların təkrarlanmasının və skandal xarakterli xəbərlərin dərc olunmasının yolverilməz olduğunu vurğulayıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar